Ulu Öndər Heydər Əliyev Muzeyinə Ziyarət

09 oktaybr 2018-ci il tarixdə Xarici Dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının I kurs tələbələri Humanitar məsələlər üzrə dekan müavini B/m Qasımova Samirənin rəhbərliyi altında “Heydər Əliyev Parkı”nı və Ulu Öndərin muzeyini ziyarət etmişlər. Tələbələr Ulu Öndərin həyatı və fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Davamı

Müəllim Günü Bayramınız Mübarək!

4 oktyabr 2018-ci il tarixində Müəllim Günü münasibətilə Xarici Dillər fakültəsində təntənəli tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, fakültə dekanı dosent Əjdər Əsgərov, fakültənin professor-müəllim heyəti, tələbələr iştirak edirdilər. Tədbirdə Gülsüm Fətəliyeva və Əjdər Əsgərov çıxış edərək tədbir iştirakçılarını 5 Oktyabr Müəllim Günü münasibətilə təbrik etdilər. Tədbir tələbələrin bədii çıxışları ilə davam […]

Davamı

Fakültəmizin Yeni Uğuru

       Alman dili kafedrsaının müdiri f.f.d. Elvin Atakişiyevin Alman dili üzrə “Xarici dilin qrammatikası” dərs vəsaiti çapdan çıxmışdır.        Xarici dilin qrammatikası (Alman dili üzrə) Alman dili ixtisasının I kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Təqdim olunan dərs vəsaiti 2018-2019-cu tədris ilində təhsil alan tələbələr üçün çox böyük hədiyyədir. Dərs vəsaitinin Xarici Dillər fakültəsində təqdimatı keçirildi. […]

Davamı

Beynəlxalq Sülh Günü

       21 Sentyabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Sülh Günü elan edilmişdir. Bu gün Xarici Dillər fakültəsinin professor-müəllim heyəti və tələbələr Sülh Gününə həsr olunmuş tədbir keçirdilər.        Tədbirdə Fakültə dekanı Dosent Əjdər Əsgərov və digər müəllimlər çıxış etdilər. Rəmzi olaraq Sülh quşu-göyərçin havaya buraxıldı. Tədbirin devizi “Qarabağda sülh-Dünyaya sülh” olmuşdur.

Davamı

Yeni Dərs İliniz Mübarək!

     Hər il olduğu kimi Gəncə Dövlət Universitetinin rəhbərliyi 1-ci kursa daxil olmuş tələbələrlə 2-ci tədris korpusunun önündə görüş keçirdi. Universitetimizin rektoru prof. Yusif Yusifov 1-ci kursları və onların valideynlərini təbrik etdi, təhsildə uğurlar arzuladı.      Xarici Dillər fakültəsinə daxil olmuş tələbələrlə fakültə rəhbərliyinin görüşü universitetin 5-ci tədris korpusunda keçirildi. Tələbələrə lazım olan bütün məlumatlar […]

Davamı