Fakültəmizin İngilis dili və Tərcümə ixtisasının müəllim və tələbələri ilə ABŞ-ın ölkəmizdəki Şəfirliyinin Təhsil proqramı və məzunlarla iş Proqramı əməkdaşları ilə görüş keçirildi. ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Gəncə Dövlət Universitetnin tədris binasında olan muzey və mərkəzlərlə yaxından tanış oldular. Görüşdə Amerika-Azərbaycan əlaqələri, təhsil sahəsində həyata keçirilən proqram və Gəncə Amerika Mərkəzi haqqında məlumat verildi. Regional Ingilis dili proqramının rəhbəri Lotti Bacer qeyd edib ki, hər il tələbələr üçün Amerikada təhsil almaq imkanı yaradılıb. GDU-nun tələbələrinin də bu imkandan istifadə edə bilməsi üçün görülən işlər barədə ətraflı məlumat verilib. Görüşdə Proqramların kordinatorları geniş çıxış etdilər və tələbələrin çoxsaylı suallarını cavablandırdılar.