08.07.2022-ci il tarixdə Xarici dillər fakültəsində növbəti elmi şura keçirildi.
Gündəlik məsələlər
- 2021/2022-ci Tədris ilinin yekunları və 2022-2023- cü Tədris ilində qarşıda duran vəzifələr
- 2022/2023-ci tədris ili üçün dekanlıq,fakültə elmi şurası və kafedraların iş planlarının təsdiqi
- Buraxılış işlərinin yekunu
- Müəllim seçkisi
- Cari məsələlər
Ç I X I Ş L A R:
Tədris işləri üzrə dekan müavini, baş müəllim Məleykə Aslanova 2021/2022-ci Tədris ilinin yaz/yay semestrinin yekunları və 2022/2023-cü Tədris ilində qarşıda duran vəzifələrlə əlaqədar qeyd edirəm ki,yaz imtahan sesiyası çox çətin keçmişdir.Fakültə üzrə 576 qeyri kafi olmuşdur.Bunlardan birinci kurslar üzrə 655 qeyri kafi ikinci kurslar üzrə 185 və üçüncü kurslar üzrə 149 kəsr olmuşdur.Rektorumuzun hümanistli hesabına 25%-ödəməklə hər bir tələbə iki kəsirini ödəyə bilər ,ancaq tələbələr buna hazırlaşmalıdırlar.
Növbəti tədris ilinə hazırlıq məqsədilə kafedralaramızın müdirləri,tyutorlar və dekanlıq dərslərin keyfiyyətini yüksəltməliyik ki,tələbənin imtahana qədər ki balı özünü imtahanda doğrultsun.
Yeni Tədris ilinin dərs yükləri hər bir kafedraya verilib və Tədris hissəsi tərəfindən təsdiqlənib.Qeyri kafi alan tələbələrin 25%-lə yenidən imtahan verməsi üçün kredit borcları ödənir.İmtahan cədvəli hazər olan kimi tələbələrə veriləcək.
Qərar:
2021/22- ci Tədris ilinin yekunları və 2022/23-cü tədris ilində qarşıda duran vəzifələr üzrə hesabat qənaətbəxş hesab edilsin.
Eşidildi:
- Fakültə dekanı,dos Əjdər Əsgərov çıxış edərək 2022/2023-cü Tədris ili üçün dekanlıq,fakültə Elmi Şurasının kafedraların iş planları ilə Elmi Şura üzvülərini tanış etdi və təsdiq edilməsinin xahiş etdi.
- Praktik Xarici Dillər kafedrasının müdri dos.Zahirə Əliyeva kafedranın iş planı ilə Elmi Şura üzvlərinin tanış etdi və təstiq edilməsinin xahiş etdi.
- Fransız dili kafedrasının müdri,dos(at-sız) Məhərrəm Orucov kafedranın iş planı haqqında danışaraq qeyd etdi ki, iş planına yeni bəndlər əlavə edilmişdir ki bu da tədrisin keyfiyyətini yüksəltməyə köməklik edəcək.Məhərrəm müəllim iş planının yeni düzəlişlərlə təstiq edilməsinin xahiş etdi.
- Alman dili kafedrasının müdri dos.Elvin Atakişiyev kafedranın iş planı ilə Elmi Şura üzvlərini tanış etdi və təstiq edilməsinin xahiş etdi.
Qərar:
2022/2023- cü Tədris ili üçün dekanlığın,fakültə Elmi Şurasının və kafedralarən iş planları təsdiq edilsin.
Cari məsələ:
1.Fakültə dekanı dos Ə.Əsgərov qeyd etdi ki,qeyd etdi ki,mən müəllim dos(at-sız) Orucov Məhərrəm Alı oğlunun ‟Xarici dildə işgüzar və akademik kommunikasiya” fənn proqramı ilə Elmi Şura üzvlərini tanış etdi.
Ç I X I Ş L A R:
- Fakültə dekanı dos Ə.Əsgərov qeyd etdi ki,mən müəllim dos(at-sız) Orucov Məhərrəm Alı oğlunun ‟Xarici dildə işgüzar və akademik kommunikasiya” fənn proqramı ilə tanış oldum. Hesab edirəm ki,proqramın qrif alaması məqsədəuyğundur.
- Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dos.Mehdi Rəhimov çıxışında bildirdi ki, Məhərrəm müəllimin tərtib etdiyi proqramla tanış oldum və işləmə qaydasını bəyəndim.Proqram müasir tələblərə cavab verərək,bütün mövzuları əhatə etmişdir.Mənim fikrimcə proqram qrif almaq üçün tam hazırdır.
- Xarici dillər fakültəsinin dekan müavini b/mAslanova Məleykə çıxış edərək bildirdi ki,proqram-tədris metodik tələblət səviyyəsində tərtib olunmuşdur.Bu proqrama kafedrada ehtiyyac var idi.Mən də proqramın qrif almasının tərəfdarıyam.
Çıxışları nəzərə alaraq ELMİ ŞURA QIRARA ALIR:
1.Dos.(at-sız) Orucov Məhərrəm Alı oğlunun hazırladığı ‟Xarici dildə işgüzar və akademik kommunikasiya” fənn proqramına qrif verilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyindən xahiş olunsun.