Gəncə Dövlət Universitetinin fransız dili müəllimləri Fransız şəhərciyi ixtisasartırma təlimində iştirak ediblər.
Təlimdə Gəncə Dövlət Univetsitetini Fransiz dili kafedrasının müəllimləri dosent Isgəndərova Vüsalə və kafedranın baş müəllimləri Şamilova Şahnaz və Hüseynova Günel təmsil edib.
Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitutunun Azərbaycanın məktəb, lisey və universitetlərdə fəaliyyət göstərən 75 nəfər fransız dili müəllimləri üçün təşkil edilən təlimdə Azərbaycan universitetlərindən Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Pedaqoji Universitet, Azərbaycan-Fransız Universiteti (UFAZ), Dillər Universiteti, Slavyan Universiteti və digər tədris sektorlarından, Slavyan Liseyindən müəllimlər iştirak ediblər. Bezanson Universitetinin Tətbiqi Dilçilik Mərkəzinin Fransız dili Xarici dil üzrə ekspertləri xanım Od Dübüisson və xanım Frederik Melkor, Fransız dili müəllimi xanım Kati Revel, cənab Benua Filu və Azərbaycan Fransız İnstutunun icraçı direktoru Hakan Conathan Ünlü təlimçi heyətin üzvləri sırasında olub.
Nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərin də həyata keçirildiyi təlimdə fransız dilinin tədrisini yaxşılaşdırmaq məqsədilə müxtəlif innovativ metodlar haqqında məlumat verilib.
Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros təlim iştirakçılarının Fransız dilinin tədrisi ilə bağlı suallarını cavablandırıb.
Təlimin sonunda universitetimizin müəllimləri təlimçi kimi dərslər tədris ediblər və sertifikatlar alıblar.