Narkomaniyaya Yox Deyək!!!

Narkomaniyaya Yox Deyək!!!  

         Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Bu problemə diqqət çəkmək üçün Xarici dillər fakültəsinin tələbələri “Narkomaniyaya Yox Deyək” adlı tədbir təşkil etdilər. Tədbiri giriş sözü ilə açan Xarici Dillər fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva tədbirin keçirilməsinin məqsədini tədbir iştirakçılarına çatdırdı. GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında müasir dövrdə artmaqda olan narkomaniyanı pislədi, narkotik maddələrlə mübarizə aparmağın hər bir dövlət orqanı və qurumunun vəzifəsi olduğunu xatırlatdı. O bildirdi ki, Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir. Daha sonra Xarici dillər fakultəsinin dekanı dos. Əjdər Əsgərov müasir gəncliyimizi bu bəladan qorumağın yollarını, eyni zamanda təhsil müəssisələrində, geniş maarifləndirmə işinin aparılmasından danışdı. O qeyd ki, valideynlərin düzgün həyat tərzi keçirməsi onların övladlarına örnəkdir. Tədbirdə fakultənin fəal tələbələri- Verdiyeva Aybəniz  “Narkotik vasitələrin tarixi”, Sevda İsmayılova “Narkotik vasitələrin növləri”, Aysu Muxtarova “Narkotikin fəsadları”, Dilarə Cəlilova “Qanunvericilikdə narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi haqqında” çıxışlar etdilər. Sonda fakültə tələbələrinin hazırladıqları videoçarx nümayış etdirildi.