





19 noyabr 2025-cil tarixdə Fransız dili kafedrasının baş müəllimi Həmidov Anar Mühiddin oğlunun « Sosial şəbəkələrin müasir cəmiyyətə təsiri» mövzusunda açıq dərsi oldu.
Baş müəllim Həmidov Anar mövzu haqqında çıxış edərək bildirdi:
Bu gün sosial şəbəkələrin müasir cəmiyyətə təsirindən danışmaq istəyirəm. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və həm ünsiyyət, həm də məlumat mübadiləsi sahəsində böyük dəyişikliklər yaradıb. Onlar insanları bir-birinə daha tez yaxınlaşdırsa da, eyni zamanda real münasibətlərin zəifləməsinə və asılılıq riskinin artmasına səbəb olur.
Bu platformalar məlumatın sürətli yayılmasını təmin edir, lakin saxta xəbərlər, manipulyasiya və cəmiyyətin qütbləşməsi kimi problemləri də gündəmə gətirir. Gənclərin psixologiyası, özünüdərki və sosial davranışları xüsusilə bu təsirlərə daha açıqdır.
Nəticə olaraq, sosial şəbəkələr nə tam müsbət, nə də tam mənfi bir alətdir. Əsas məsələ onları şüurlu, balanslı və məsuliyyətli şəkildə istifadə etməkdir. Yalnız bu halda sosial şəbəkələr cəmiyyətə fayda verən bir məkana çevrilə bilər.
Dərsdə, fakültə dekanı dos Ə. Əsgərov, fransız dili kafedrasının müdiri dos. M.Orucov və kafedranın bir qrup müəllimləri iştirak etdilər.