




Gəncə Dövlət Universitetində akademik heyət üçün keçirilən “Akademik və Peşəkar İngilis Dili Bacarıqlarının İnkişafı” adlı təlim proqramının üçüncü modulu 15 may 2025-ci il tarixində uğurla baş tutdu. Bu dəfəki modulun mövzusu “Akademik Yazı bacarıqları” oldu. Təlim Qrammatika və ingilis dili tədrisi kafedrasının baş müəllimi Cəlilova Türkan Müzadil qızı tərəfindən keçirildi.
Təlimin əsas məqsədləri:
- Rəsmi və qeyri-rəsmi yazı üslubları
- Qısa email, esse və CV yazmaq üçün əsas qaydalar
Təlim zamanı iştirakçılara qısa email, esse və CV yazmaq üçün qaydalar və bu zaman istifadə olunan lüğət təqdim olundu. Daha sonra təlimçi bu yazı formalarına uyğun nümunələr təqdim etdi. İştirakçılar onlara verilən tapşırıq vərəqlərində İngilis dili təlimində iştirak etmək üçün təlimçiyə qısa email, müxtəlif mövzularda esse yazdılar və işə qəbul olmaq üçün CV forması hazırladılar.
Təlim akademik heyətin rəsmi və qeyri-rəsmi yazı üslubları ilə tanışlıq və bu sahədə bacarıqların inkişaf etdirilməsini nəzərdə tuturdu.