



08.05.2025-ci il tarixində Leksika və ölkəşünaslıq kafedrasının dosenti Həmidov
Allahverdi İsaməddin oğlunun “Westminster sarayı və parlamentdə adət ənənələr”
mövzusunda açıq dərsi (mühazirə) keçirildi.
Allahverdi müəllim ilköncə mühazirənin əvvəlində tələbələrə Böyük
Britaniya haqqında məlumat verdikdən sonra plan üzrə onlara Westminster sarayı,
Müqəddəs Margaret kilsəsi və onların yaranma tarixi, Birləşmiş Krallıq hökümətinin
ölkədə rolu və vəzifələri, parlamentdə olan lord və nümayəndələr palatasının
vəzifələri və onların parlamentdə rolu, nümayəndələr palatasının seçki yolu ilə
parlamentə seçilməsi haqqında geniş və ətraflı məlumat verdi.