“Xarici Dillərin Tədris Metodları və Onun Digər Elmlərlə Əlaqəsi” mövzusunda metod seminar

“Xarici Dillərin Tədris Metodları və Onun Digər Elmlərlə Əlaqəsi” mövzusunda metod seminarı keçirilib.
29 aprel 2025-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi, ped.f.d. Arzu Tahir qızı Babayeva tərəfindən “Methods of Foreign Language Teaching and Its Relation to Other Sciences” (“Xarici Dillərin Tədris Metodları və Onun Digər Elmlərlə Əlaqəsi”) mövzusunda metod seminarı təşkil olunub.
Seminarda Arzu Babayeva xarici dil tədrisinin tarixi inkişafı, müasir metod və yanaşmaları, həmçinin bu sahənin pedaqogika, psixologiya, dilçilik, sosiologiya və digər elmlərlə qarşılıqlı əlaqəsi haqqında ətraflı məlumat verib. O, xüsusilə müasir tədris metodlarının təkcə dil öyrətmək deyil, eyni zamanda tələbələrin zehni inkişafına, sosial bacarıqlarına və yaradıcı təfəkkürünə təsir etdiyini vurğulayıb.
Seminar interaktiv şəkildə keçmiş, iştirakçılar arasında fəal müzakirələr aparılmış, real tədris nümunələri əsasında müxtəlif fənlərarası yanaşmalar təhlil olunmuşdur. Tədbir müəllim heyəti tərəfindən maraqla qarşılanmış və seminarın gələcək elmi-metodiki işlərə töhfə verəcəyi qeyd olunmuşdur.
Sonda Arzu Babayevaya metodik fəaliyyəti üçün təşəkkür bildirilmiş, bu kimi elmi-maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.