”Tabeli və tabesiz mürəkkəb cümlələrin intonasiyası” mövzusunda açıq dərs

Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Ağayevanın 07.04. 2025-cu il tarixdə İngilis müəllimliyi  ixtisasının 11-qrupunda ”Xarici dilin kommunikativ fonetikası”  fənnindən açiq dərsi keçirildi. Dərsin mövzusu ”Tabeli və tabesiz mürəkkəb cümlələrin intonasiyası” idi. Müəllim tələbələrə həm tabeli, həm də tabesiz mürəkkəb cümlələrin yaranması, bu cümlələrdə istifadə olunan ton və intonasıya, tonoqramın qurulması ilə bağlı məlumat verdi. Dərsdə Babayeva Aygün, Sadıxova Şəbnəm, İsrafilova Ayan, Həsənova Gülçin hazırladıqları tədqimatlardan istifadə edərək çıxış etdilər. Tələbələr “Səs- küylü qonşular” adlı dialoqu rollar şəklində canlandırdılar.

Dərsdə Xarici dillər fakültəsinin dekanı, dosent Ə.Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dos.E.Abdullayeva, kafedranın müəllimləri  M.Aslanova, G.Sadıqova və S.Hacıyeva iştirak etdilər.