14 .03.2025-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Zülfiyyə Qəhrəmanovanın Tələffüz vərdişləri fənnindən Xarici dil müəllimliyi (İngilis) II kurslarda “İngilis dilini sait səsləri” mövzusunda açıq dərsi oldu.
Müəllim dərsi interaktif metodlardan istifadə edərək idarə etdi. Beləki, dərsdə bütün tələbələr fəal iştirak edirdi. Tələbələrin iştirakına daha çox üstünlük verildiyi üçün dərs tələbə yönümlü dərs hesab edildi. Yeni dərs slaydlar şəklində izah olundu. Sonda müəllim dərsdə qoyduğu məqsədə çatdığını bildirdi.
Dərsdə dekan müavini, kafedra müdiri və digər müəllimlər iştirak edirdilər.




