14 mart 2025-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasına təhkim olunmuş, IV kurs tələbəsi Zeynəb İsazadənin pedaqoji təcrübə keçdiyi 39 saylı tam orta məktəbdə 7-ci sinif şagirdlərinə, açıq sınaq dərsi olmuşdur.
Dərsin mövzusu “Əbədi dostluq” idi. İsazadə Zeynəb mövzu ilə əlaqəli maraqlı videolar təqdim etdi. Şagirdlər öz dostları haqqında maraqlı təqdimatlar hazırlamışdılar.
Sınaq dərsdə;- Təcrübə və kariyera şöbəsinin müdiri dos Cabbar Qarayev, Xarici dillər kafedrasının dekanı dos Əjdər Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dos Elnarə Abdullayeva, pedaqoji təcrübənin rəhbər müəllimi Türkan Cəlilova, sinif müəllimi və pedaqoji təcrübədə olan tələbələr iştirak etdilər.




