“Mənim otağım” mövzusunda açıq dərs

Alman dili kafedrasının baş müəllimi Gözəl Qasımovanın Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən”Mənim otağım” mövzusunda açıq dərsi keçirildi.

Müəllimə dərsi evə verilmiş tapşırıqların yoxlanılması ilə başladı. Mövzu”Mənim otağım”idi. Tələbələr mövzuya aid mətnlər və dialoqlar danışdılar. Və bu tapşırıq tələbələrdə A1 səviyyəsində alman dilində kiçik mətnləri dinləyib anlama bacarığı formalaşdırmağa xidmət edir. Sonra tələblərin lüğət fondunu zənginləşdirmək üçün müəllimə onlara lüğətdən suallar verdi. Qrammatik biliklərinin möhkəmləndirilməsi köhnə və yeni mövzu arasında əlaqə yaratmaq məqsədi ilə müəllimə tələbələrə tapşırıq verdi. Sonra yeni mövzu izah olundu, bu zaman müəllimə müxtəlif oyunlardan və fərqli metodlardan istifadə etdi. Bundan sonra ev tapşırığı verildi və fəal iştirak edən tələbələrin biliyini qiymətləndirildi. Dərsdə iştirak edən kafedra müdiri və müəllim heyəti dərs haqqında öz müsbət fikirlərini bildirdilər.