Yeni DAAD təqaüdçülərimiz yay kurslarına qatılacaq

Bizim universitetin Alman Akademik Mübadilə Xidməti ilə müqaviləsi əsasında  10 il ərzində mütəmadi ,,Yay dil kursları,, təqaüd proqramında iştirak edən tələbələrimiz əldə etdiyi uğurlar danılmazdır. Buna misal olaraq 30-40 tələbəmizin təqaüd qazanıb Almaniyanın müxtəlif universitetlərində dil kurslarına qatılıb yüksək səviyyəli Dil sertifikatlarını qazanmaqlaridır.Gəncə regionu üzrə bütün universitetlərdə təhsil alan 2-3 kurs bakalavr və magistr 1 kurs tələbələri üçun sahiblik edən  bizim Gəncə Dövlət Universiteti  daimi öz dəstəyini əsirgəmir.

Bu il fərqli olaraq Xarici dil müəllimliyi (Alman) II kurs tələbələri Avazli Mədinə, Carçiyev İsmayil, Sarıyev Fuad  və III kurs tələbəsi Qasımova Səma, Aqrar akademiyadan III kurs tələbəsi İsmayılov Nemət Aqrar universiteti biznesin təşkili və idarə olunması MBA menecment A 2 sertifikatını qazanıb və artıq 4 tələbəmizə təqaüd ayrılıb.

          Berlin və Haydelberq Universitetlərində avqust ayında dil kurslarına qatılacaq tələbələrimizin sevincinin həddi-hüdudu yoxdur. Ugurlarimiz bol olsun, layihəmizdə iştirak edən tələbələrimizin sayı və uğurları daha çox olsun! Layihənin Gəncə üzrə rəhbəri Kərimova Vüsalə layihədə bütün ixtisaslardan, Alman dili  A2-B1səviyyəsi olan tələbələri layihədə iştirak etməyə dəvət edir və universitetimizin rəhbərliyinə, sənədləşmə və dil səviyyəsinin əldə etməsinə səbəbkar olan bütün müəllimlərə  böyük  dəstəyi üçün tələbələr və valideyinlər tərəfindən təşəkkürlərini bildirirlər.