30.04.2023-cü il tarixdə Gəncə Dövlət Universitetində Zəfər tarixi və Qələbə tarixi üzrə Olimpiada təşkil olunub. Şəhid Əlizadə Yüksəl İlqar oğlunun xatirəsinə həsr olunan Olimpiadanın açılış mərasimində şəhidin həyat və döyüş yolundan bəhs olunub. Çıxış edənlər yetişməkdə olan gənc nəslin məhz bu cür qəhrəmanlardan örnək götürməli olduqlarını vurğuluyublar. Rəsmi hissədən sonra məktəblilər bir saat davam edən imtahanda tarix fənnindən sualları cavablandırıblar. Olimpiadaya Gəncə şəhəri, ətraf Qərb bölgəsinin şəhər və rayonları daxil olmaqla 50-yə yaxın məktəbdən ümumilikdə 350-dən çox yuxarı sinif şagirdlərindən ibarət məktəbli qatılıb. Eyni zamanda tədbirdə fakultənin müəllim-professor heyəti, məktəb direktorları, valideynlərlə birlikdə ümumilikdə 500 nəfər iştirak etmişdir.
Tədbir Azərbaycanın himni ilə başlamış, şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməklə davam etmişdir. Fakültənin dekanı dosent Əjdər Əsgərov tədbiri açıq elan etmişdir. Tədbir universitetin Tədris işləri üzrə prorektoru Şahin Xurşudov və Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevanın çıxışı ilə davam etmişdir.
Fakültənin Leksika və Ölkəşünaslıq kafedrasının müdiri və eyni zamanda qəhrəman Yüksəl Əlizadənin anası dosent Sevda Kazımova çıxış edərək məktəblilərə uğurlar və müvəffəqiyyətlər arzulamışdır.
Olimpiada Avropa standartlarına uyğun, tam şəffaf şəkildə keçirilmişdir.