Bu gün Xarici dillər fakültəsində “Elmi məqalə necə yazılmalıdır?” mövzusunda təlim keçirildi. Təlimi Qrammatika və ingiis dilinin tədrisi kafedrasının müəllimi Cəlilova Türkan təşkil etdi. Təlimdə tələbələr məqalənin yazılma qaydaları, strukturu barəsində məlumatlandırıldılar.
Məqalə dəqiq strukturlaşdırılmalı, əsas istiqaməti, problemi və mövzu göstərilməlidir, xülasə, açar sözlər, giriş, əsas mətin başlıqlara bölünməlidir; nəticə, ədəbiyyat siyahısı və xarici dillərdə xülasələr və açar sözlər (аннотация, ключевые слова, abstract, key words) strukturunda tərtib edilməlidir.