Tələbəmiz Aişə Məmmədova tərəfindən həyata keçirilən “Qarabağı Tanıt!” layihəsi uğurla yekunlaşıb.
Aişə Məmmədova Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin 3-cü kurs tələbəsidir. Universitetimizin fəal gənci və bir çox layihələrin iştirakçısıdır.
Layihə çərçivəsində Gədəbəy rayonunda yaşayan istedadlı gənclər 4 gün ərzində öz rəsm əsərlərini nümayiş etdiriblər. Nümayiş olunan əsərlərdə əsasən Qarabağın tarixi, memarlığı və mədəniyyəti əks olunub.
Sərgidə Gədəbəy şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Gədəbəy şəhər Uşaq-İncəsənət Məktəbinin və digər rayon məktəblərinin şagirdlərinin rəsm əsərləri nümayiş olunub.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Tələbəmizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!