16 mart 2022-ci il
saat 1200
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
XARİCİ DİLLƏR FAKÜLTƏSİ ELMİ ŞURASİNİN
2022/2023 TƏDRİS İLİNƏ AİD
07 SAYLİ İCLAS PROTOKOLU
GÜNDƏLİK MƏSƏLƏ:
- DAK komissiyasının tərkibi
- Fakültə üzrə İxtisas fənlərinin tədrisi vəziyyəti
- Fakultə Tədris -metodiki şuranın hesabatı
- Dövlət İmtahanı və Buraxılış İşi komissiyasının tərkibinin təsdiqi
- Cari məsələlər
GÜNDƏLİK MƏSƏLƏ:
24 fevral 2023-cü il tarixli Elmi Şurasının 06 saylı
2022/2023-cü tədris ilində Ümummili Lider Heydər Əliyevin 100 illik yubilleyi münasibəti ilə “Heydər Əliyev” adlı təqaüdün təyin edilməsi
EŞİDİLDİ: Fakültə dekanı dosent Ə.Əsgərov qeyd etdi ki, biz 2022/2023-cü tədris ilində Ümummili Lider Heydər Əliyevin 100 illik yubilleyi münasibəti ilə “Heydər Əliyev” adlı təqaüdün təyin edilməsini müzakirə edirik. Təqaüd ayrılan tələbənin Xarici dil müəllimliyi(ingilis, rus, alman, fransız) və Tərcümə(ingilis) ixtisaslarında təhsil alan, dərs əlaçısı olan, fakültə və universitetin ictimai işlərində fəal iştirakı nəzərə alınmalıdır. Biz bütün təklifləri müzakirə edib, qərar qəbul etməliyik. Qeyd etmək istərdim ki, bu çox məsuliyyətli bir işdir. Ona görə hər bir Şura üzvü bu məsələyə öz fikrini bildirməlidir.
ŞURA QƏRARA ALIR:
Fakültənin Tərcümə(ingilis) ixtisası II kurs tələbəsi Hümbətova Aysu Azər qızı(Dövlət sifarişi) təhsil aldığı bütün semestrlərdə əlaçı olmasını, fakültənin və universitetin ictimai işlərində fəal iştirakını və s. nəzərə alaraq ona “Heydər Əliyev” adına təqaüdün verilməsi məsləhət bilir.
Fakültə dekanı: dos.Ə.Əsgərov.
Katib: b/m.V. İsgəndərova