Qloballaşan dünyada bəşəriyyətin qarşısında dayanan ən aktual problemlərdən biri sağlam həyat tərzinə keçid və onun qorunub saxlanılması ilə bağlıdır. İnsan zərərli vərdişlərlə dünyaya gəlmir. Bunların hər biri, həyat tərzindən asılı olaraq, insan həyatının fərqli dövrlərində qazanılmış vərdişlərdən ibarətdir. Bu zərərli vərdişlərə qarşı profilaktik tədbirlərin görülməsi, həmçinin maarifləndirmə konsepsiyası inkişaf etmiş dövlətlərin hər birinin prioritet ictimai- siyasi istiqamətlərindən birini təşkil etməkdədir. Bu məsələ ilə bağlı Respublikamızda silsilə tədbirlər, seminarlar, layihələr keçirilir ki, bunlardan biri olan “Sağlam həyat tərzini kəşf et” layihəsində tələbələrimiz Ələsgərova Ülkər, Hüseynova Arifə və Allahverdiyeva İlahə iştirak edərək sertifikatlara layiq görülüblər.