Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Tərcümə ixtisasının tələbələri- Cavid Tanrıverdiyev və İsmayıl Vəlizadə təhsillərini uğurla başa vuraraq vətənə dönüblər. Onlar Gəncə Dövlət Universitetində təhsillərini qaldıqları yerdən davam etdirəcəklər. Qeyd edək ki, tələbələrimiz Avropa Komissiyasının “Erasmus+” proqramının KA-1 beynəlxalq kredit mobilliyi layihəsi vasitəsilə Rumıniya Respublikasının Dunarea de Jos Galati Universitetində təhsil almaq hüququ qazanmışdılar.