Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu təşkil etmişdir. Hər bir müəssisə belə tələbələrin təhsil krediti ilə təmin olunmasına imkan yaradır. Fakültəmizin əmakdaşı Babayeva Arzu Tahir qızı məsul şəxs olaraq tələbələrin təhsil kreditini əldə etmək üçün maarifləndirmə prosesində fəal iştirak etdiklərinə görə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev tərəfindən təşəkkürnamə ilə təltif edilib.