“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. 

Ümummilli lider Heydər Əliyev:
-Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.