Müəllif Arxivləri: Reyhan Şəmsizadə

mir cəlal paşayev adına 39 nömrəli tam orta məktəbdə açıq dərs

15.05.2018-ci il tarixdə təcrübəçi Məmməzadə Rənanın 7-ci sinifdə “Famous musicians” mövzusu üzrə açıq dərsi olmuşdur. Dərsdə Xarici dillər fakültəsinin dekanı dos.Ə.Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasınin müdiri dos M.Rəhimov,  Alman dili kafedrasının müdiri E.Atakişiyev b/m Məmmədova G iştirak etdilər. Dərs yüksək qiymətləndirildi.

Davamı

açıq dərs

15.05.2018-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Talıbova Aygünün İngilis dili müəllimliyi I kurslarda Xarici dilin qrammatikası fənnindən “Modal sözlər” mövzusunda açıq dərsi keçirildi.  

Davamı

açıq dərs

14.05.2018-ci il tarixdə Alman dili kafedrasının baş müəllimi Qasımova Gözəl Telman qızının Alman dili müəllimliyi I kurslarda  xarici dildə oxu və nitq fənnindən açıq dərsi keçirildi. Mövzu: “Günün hissələri” (köhnə) “İş vaxtı” (Yeni)

Davamı

tələbələrimiz mükafatçılar sırasında

Bakı şəhərində keçirilən Ali təhsil müəssisələri tələbələrinin “Şahmat” üzrə çempionatında Gəncə Dövlət Universitetinin Şahmat komandası “üçüncü” yerə çıxmışdır. Komandanın kapitanı Xarici dillər fakültəsi Tərcümə ixtisasının I kurs tələbəsi Əsgərova Xanım Hamlet qızı bütün oyunları udaraq Universitetimizin komandasına “ücüncü” yeri qazandırmışdır. Xarici dillər fakültəsi bütun komandanı təbrik edir!!!

Davamı

HEYDƏR ƏLİYEY 95

     Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR […]

Davamı

Qələbə Gününüz Mübarək!

      1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön,9 həm də arxa cəbhədə çox […]

Davamı

43 nömrəli tam orta məktəbdə açıq dərs

30.04.2018-ci il tarixdə 43 nomrəli məktəbdə Umudzadə Şəmay Əfqan qızının “Fiziki qüsurlu insanların nailiyyətləri” haqqında açıq dərsi təşkil edilmişdir. Həmin dərsdə Xarici dillər fakültəsinin dekanı dos.Ə.Əsgərov, Leksika və ölkəşünaslıq kafedrasının müdiri dos.S.Kazımova, b/m Ş.Məmmədova, məktəbin müəllimləri və praktika şöbəsinin nümayəndələri iştirak etmişlər.

Davamı