İlaxır çərşənbəniz mübarək olsun!
İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə tanınır. Türk mifologiyasına görə, bu dövrdə yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır. Əkinçilər əkin-biçinə başlayır, yer şumlanır, toxum səpilir. Həmin gün axşam tonqallar qalanar, hamı od ətrafında yığışar. İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. O […]









