Kateqoriya Arxivləri: Xəbərlər

Şəhid Şirinov Ömər Muğan oğlu oxuduğu fakültədə dərin hüznlə yad edildi

Zəfər günü ərəfəsində Xarici dillər Fakültəsinin Xarici dil müəllimliyi (Fransız) ixtisasının məzunu Şəhid Şirinov Ömər Muğan oğlunun valideynləri və qohumları onun oxuduğu fakültədə olmuş və adına yaradılmış auditoriyada xatirə şəkilləri çəkdirmişlər. Şəhidimiz yad edilmiş ruhuna dualar oxunmuşdur. Allah rəhmət eləsin…

Davamı

8 noyabr “Zəfər günü”

Xarici dillər fakültəsində “Zəfər Günü” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Davamı

Müsabiqə elanı

Xarici dillər fakültəsində 28 oktyabr 2022-ci il tarixində “Şuşa ili” çərşivəsində “Şəhidlər ölmür” adlı yazılı tərcümə müsabiqəsi keşiriləcək. Fakültənin bütün ixtisaslarının tələbələri iştirak edə bilər. Son müraciət tarixi 24 oktyabrdır.

Davamı

intellektual yarışda birincilik

Fakültəmizin İngilis dili müəllimliyi III kurs tələbələri Qurbanlı Aytac, İsmayılova Zeynəb, Nəbizadə Günel, Rüstəmli Nazənin, Rüstəmov Turan, Şahnigarova Sədaqət bu gün Gənclər evində təşkil olunmuş intellektual yarışda birincilik qazanıblar. Onlara müvəffəqiyyət arzulayır, uğurlarının davamını diləyirik.

Davamı