28 May – Azərbaycanın Müstəqillik Günüdür

Ulu Öndərimizin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda […]

Davamı

Kitab sərgisi

16.05.2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin V korpusunda kitab sərgisi keçirildi. Sərgi tələbələr arasında kitaba olan marağı artırmaq, gəncləri mütaliəyə həvəsləndirmək, özünü inkişaf etdirmək və gələcək karyeralarında sağlam iş mühitinə hazırlamaq üçün lazımi ədəbiyyatlarla təmin etmək məqsədi daşıyırdı. Tələbə və müəllimlər sərgilənən kitablarla tanış oldular.

Davamı

“Heydər Əliyev – Ulu Sərkərdə” adlı tədbir

Fakultəmizdə müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – Ulu Sərkərdə” adlı tədbir keçirilib. Əvvəlcə ulu öndərin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva Ulu öndərin dövlətçilik tariximizdəki yeri […]

Davamı

Xalqımız Ulu öndərin əziz xatirəsini həmişə uca tutur

 Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur.   Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. 

Davamı

Uşaq evinə ziyarət

Tələbələrimiz 26.04.2024-cü il tarixdə keçirilmiş “Uşaq evinə” yardım aksiyası nəticəsində əldə olunmuş vəsait ilə uşaq evini ziyarət etmişlər. Uşaqların ehtiyacına uyğun sovqatlar aparmış, onlarla vaxt keçirmiş, söhbətlər aparmışlar. Fakültəmizin Alman dili kafedrasının müəllimlərinin və həmin ixtisasının tələbələrinin bu təşəbbüsünü dəstəkləyir, xeyriyyə aksiyasının gələcəkdə davamlı olmasını arzu edirik.

Davamı