Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intelektual bilik yarışı keçirildi

19.04.2024-cü il tarixdə Fakultəmizdə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intelektual bilik yarışı keçirildi. Tələbələr 4 mövzunu – tarixi şəxsiyyət Heydər Əliyev, Dünyagörüşü, Atalar sözləri, Filmlər və musiqilər- əhatə edən sualları cavablandırdılar. Gərgin mübarizədən sonra Xarici dil müəllimliyi ixtisasının I kurs tələbələrinin “Nova” komandası I yerə layiq görüldü. Tərcümə ixtisasının II kurs tələbələrinin […]

Davamı

Xarici Dillər fakültəsinin təcrübəçisi Svetlana Hüseynovanın açıq sınaq dərsi

Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbin ingilis dili müəllimi M.Sevincin rəhbərliyi ilə 5a sinfində Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin təcrübəçisi Svetlana Hüseynova tərəfindən “Magic of Azerbaijani music” ( Azərbaycan musiqisinin sehri ) mövzusunda İngilis dili fənni üzrə açıq dərs keçirilmişdir.

Davamı

31 saylı tam orta məktəbdə “Die Mode” mövzusunda açıq sınaq dərs keçirildi

17.04.2024-cü il tarixdə Xarici dil müəllimliyi (Alman dili) ixtisasının IV kurs tələbəsi Hacıyeva Lamiyə Rizvan qızının 31 saylı tam orta məktəbdə “Die Mode” mövzusunda açıq sınaq dərs keçirildi. Dərsdə iştirak etdilər: Fakültə dekanı dosent Əsgərov Əjdər, Alman dili kafedrasının müdiri dosent Atakişiyev Elvin, 31 saylı məktəbin direktor muavini Qurbanov Elçin, Alman dili muəllimi Hacıyeva Pərvanə

Davamı

Fakultəmizin müəllimləri Gəncədə keçirilən beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı təlimdə iştirak edib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün “Azərbaycanın regionlardakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə dəstək” layihəsinin ilk mərhələsi çərçivəsində 4 günlük təlim kursu baş tutub. Layihə çərçivəsində müəllimlərimiz regionda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq imkanlardan yararlanmaq istiqamətində bacarıq […]

Davamı

Yeni DAAD təqaüdçülərimiz yay kurslarına qatılacaq

Bizim universitetin Alman Akademik Mübadilə Xidməti ilə müqaviləsi əsasında  10 il ərzində mütəmadi ,,Yay dil kursları,, təqaüd proqramında iştirak edən tələbələrimiz əldə etdiyi uğurlar danılmazdır. Buna misal olaraq 30-40 tələbəmizin təqaüd qazanıb Almaniyanın müxtəlif universitetlərində dil kurslarına qatılıb yüksək səviyyəli Dil sertifikatlarını qazanmaqlaridır.Gəncə regionu üzrə bütün universitetlərdə təhsil alan 2-3 kurs bakalavr və magistr 1 […]

Davamı