Nuriyeva Ella Xasay qızı

Nuriyeva Ella Xasay qızı, baş müəllimNuriyeva Ella Xasay qızı

1942-ci il aprelin 28-də Yevlax şəhərində anadan olub. Məktəbi bitirəndən sonra, 1959-cu ildə, M.F.Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji instituna daxil olub. İnstitutu bitirdikdən sonra 1964-1967-cı illərdə Yevlax şəhərinin 1saylı,  5 saylı və 2 saylı məktəblərində rus dili müəlliməsi  işləyib. 1967-ci ildən  Gəncə şəhərinə köçüb, və o vaxtdan  GəncəDövlət universitetində Rus dili kafedrasında müəllim  kimi fəaliyyət göstərir. Əmək fəaliyyəti müddətində  “Грамотно оформляйте деловые бумаги”  və “Контрольные работы по русскому языку и методические указания” dərsliklərin  və  26-dan çox  metodik məqalələrin müəllifidir.