Tələbələrimizin ADAU-da keçirilən Konfransda uğurlu iştirakı

 

22Aprel 2016-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində universitet rektoru AMEA- nın müxbir üzvü prof. İ. Cəfərovun, universitetin digər məsul nümayəndələrinin və qonaqların iştirakıilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93- cü ildönümünə həsr olunmuş “ Müasir Azərbaycan Heydər Əliyevin ideyaları işığında” mövzusunda ümumşəhər elmi- nəzəri konfransı keçirilmiçdir.

Ümumşəhər elmi- nəzəri konfransda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının bakalavr və magistr pilləsindən olan ümumən 153 tələbə çıxış etmişdir. Onların çıxışları sertifikat, fəxri fərman və mükafatlara layiq görülmüşdür.

Konfransda Gəncə Dövlət Universitetinin kafedra müdiri dos.Mehdi Rəhimovun rəhbərliyi altındamagistr pilləsinin Dilşünaslıq İngilis dili ixtisasının 1-ci kurs tələbələri Məmmədova Aygün, Abbasova Tamella, Məmmədova Nuranə, Quliyeva Aliyə və eyni ixtisasın 2-ci kurs tələbələri Səfərova Nərmin, Quliyeva Kəmalə çıxış etmiş və fəxri fərmanla mükafatlandırılmışlar.

Elmi- nəzəri konfransın plenar iclasında həmçinin Gəncə Dövlət Universitetinin magistr pilləsinin Dilşünaslıq\ İngilis dili müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Babayeva Aytənin “ Heydər Əliyevin Xarici Siyasəti” mövzusunda çıxışı olmuşdur. Çıxış yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən tərtib edilən fəxri fərman və mükafata layiq gorülmüşdür.