39 saylı tam orta məktəbdə iki sınaq dərsi keçirildi

İngilis dili müəllimliyi ixtisasının 4 kurs tələbəsi Abbasova Ayselin 10 c sinifində “Pollution”mövzusunda və Fransız dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Məmmədova Müjganın 7 ə sinifində “Felin təsrifi və söz önləri”mövzusunda sınaq dərsləri keçirildi. Dərsdə tədris və təlim texnologiyaları üzrə prorektor dos. Xurşudov Şahin, Təcrübə və kareyra şöbəsinin müdiri Qarayev Cabbar , Xarici Dillər fakültəsinin dekanı dos. Əjdər Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dos. Mehdi Rəhimov, Fransız dili kafedrasının müdiri dos M.Orucov və bir qrup professor -müəllim heyəti iştirak etdilər.