22.09.2025-ci il tarixdə Gəncə Dövlət Universiteti Xarici dillər fakültəsində 27 sentyabr anım gününə həsr edilmiş “ŞƏHİDLƏR UNUDULMUR!” adlı tədbir keçirildi. İlk əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbiri Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva öz çıxışı ilə açıq elan etdi.
Praktik xarici dillər kafedrasının müəllimi Aysel Nuriyeva “Qələbəyə aparan xatirə günü”, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Cəlilova Türkan “Tarixə yazılan gün” adlı məruzə ilə çıxış etdilər.
Alman dili müəllimliyi 2ci kurs tələbəsi Kənan Quliyev şəhid olmuş itkin əsgərin ürək sözlərini “İtkin şəhidin monoloqu” kompozisiyası ilə diqqətə çatdırdı. Bağırova Fidan “Hökm edir ərşə bir ulduz” şeiri, İngilis dili müəllimliyi 2-cü kurs tələbəsi Sevgi Məmmədova “Silahlan” şeiri ilə tələbələrə vətənpərvərlik hissləri aşıladılar.
Tədbirdə fakültənin tələbələrinin tərtib etdikləri “ŞƏHİDLƏR UNUDULMUR!” adlı videoçarx təqdim olundu.
Sonda hər bir Azərbaycanlının “Vətən” deyəndə ağlına gələn şeir – Məmməd Arazın – “Azərbaycan” şeiri səsləndirildi.












