İMTAHAN SESSİYASI ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNDU
Universitetimizdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış üçün Mediatur təşkil olunub. Mediaturda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi”, eləcə də “Novosti Qyandja” qəzetlərinin məsul əməkdaşları, digər KİV nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər. İlk olaraq imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib. […]
