Gündəlik Arxiv: 10 Dekabr 2025

“Yeni bir fikrim var 2” müsabiqəsində “SADA” layihəsi 2-ci yerə layiq görüldü

Müsabiqədə iştirak edən tələbələr arasında 2-ci yerin qalibi “SADA” komandası olmuşdur. Komandanın üzvləri – Məmmədova Sevgi, Xarici Dillər fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının tələbəsi, və İsgəndərova Şəfiqə, Kimya-Biologiya fakültəsinin Kimya müəllimliyi ixtisasının tələbəsidir. Komanda tərəfindən təqdim edilən layihə 38 ideya arasından seçilərək yüksək nəticə göstərmiş, Sertifikat və 500 AZN mükafatla təltif olunmuşdur. “SADA” […]

Davamı

Tələbəmiz beynəlxalq olimpiadada uğur qazanıb

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutu­nun Bakı filialı tərəfindən təşkil olunan “Dünya ölkələrinin seçki sistemləri” adlı VI beynəlxalq tələbə internet-olimpiadasında universitetimizin Xarici dil müəllimliyi (alman) ixtisasının II kurs tələbəsi Xəlilova Aysun yüksək nəticə göstərərək yer tutmuşdur. Tələbəmiz bu uğuruna görə sertifikat və […]

Davamı