Müəllif Arxivləri: Reyhan Şəmsizadə

kitab nəşr olunmuşdur

Gəncə Dövlət Universiteti Xarici dillər fakültəsi Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Qasımova Samirə Firuddin qızının “Müxtəlif dillərdə təfəkkür feillərinin linqvistik təhlili” adlı kitabı nəşr olunmuşdur. Monoqrafiyada Azərbaycan və ingilis dillərində təfəkkür feillərinin dildə mənimsənilməsi, leksik, struktur-semantik xüsusiyyətləri ilk dəfə olaraq zəngin faktlarla geniş şəkildə araşdırılmışdır. Təfəkkür felləri əqli […]

Davamı

“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!”

22 noyabr 2021-ci il tarixində Dini  Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” adlı seminar keçirilib. Tədbirdə GDU-nun Xarici dillər fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva və fakültə tələbələri, eyni zamanda məktəbli və gənclər iştirak ediblər.  Çıxışlar zamanı  seminarın mövzusunun aktuallığı […]

Davamı

xarici əlaqələr genişlənir

Fakültəmizin tələbələri Məmmədova Telli, Əliyeva Dilbər, Məmmədzadə Nərmin, Piriyeva Nigar Erasmus +K-2 proqramında iştirak etmək hüququ qazanmışlar. Bu proqramın Mediats layihəsi əsasında tələbələrimiz iki həftə ərzində Hollandiyada olmuşlar. Layihənin həyata keçirilməsindəki xidmətlərinə görə tələbələrimiz Sertifikatlarla təltif edilmişlər. Tələbələrizi layihələrdəki uğurlarına görə təbrik edirik və onlara yeni uğurlar arzulayırıq.

Davamı

Zəfər Ətirli Qəhrəman!

Zəfəri bizə bəxş edən qəhrəman şəhidlərimizin sırasında dayananların hər biri bizim üçün əzizdir. Bu qəhrəmanlıq səlnaməsini yazanlardan biri də Əlizadə Yüksəl İlqar oğludur. Qəhrəman şəhidimiz Yüksəl öz igidliyi və qəhrəmanlığı ilə düşməndən xalqımızın qisasını almışdır. Xalqımız durduqca şəhidlərimiz yaşayacaq, var olacaq!

Davamı

Məzunumuz Türkiyə kollecində müəllimə işləyir.

Şəhanə Sarıyeva 2010-cu il məzunlarımızdandır. O Xarici dillər fakültəsinin İngilis dili ixtisasını bitirmişdir. Təhsil aldıgı  illərdə Erasmus-Mundus Avropa Birliyi proqramı uzrə Yunanıstanın Saloniki şəhərində Beynəlxalq Universitetdə magistr təhsili almışdır. Hal-hazırda, qardaş Turkiyənin İzmir şəhərində kollecdə İngilis dili müəllimi işləyir

Davamı